Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Naftalanda vətəndaşları qəbul etmişdir

11 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vətəndaşlarla növbəti görüşünü keçirmişdir. 
     Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Naftalan və Mingəçevir şəhərlərindən, həmçinin Goranboy rayonundan olan sakinlər iştirak etmişlər.
   Görüşdən öncə TQDK-nın sədri Naftalan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzmüşdür. Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildirmişlər. Bəzi vətəndaşlar isə ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqqlarının ödənilməsində yaranmış problemlərlə bağlı müraciət etmişlər. TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapmışdır. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılmışdır. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilmişdir.

Keçidlər