Naftalanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “İslam Həsənzadə 22” ərazi partiya təşkilatı və Naftalan Reabilitasiya Mərkəzi ərazi partiya təşkilatında ilə birlikdə “Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirib.
Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev irsinin gənc nəsilə təbliğ edilməsi məqsədilə yeniyetmə və gənclərin Naftalan şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmiş, həmçinin, Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Azərbaycan adını dünyaya tanıdan dahi – Heydər Əliyev!” mövzusunda açıq dərs keçirilmişdir.
Həmçinin, Naftalan şəhər 280 yerlik Körpələr evi- Uşaq bağçasında, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə, S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə də tədbirlər keçirilib. Tədbirlərdə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Natiqlər, dahi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini qeyd edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev körpə fidanların və gənclərin yüksək səviyyədə biliklərə yiyələnməsi üçün Azərbaycanda təhsil sisteminin inkişafına qayğısını əsirgəməmişdir.
Tədbirdə balacaların ifasında Ulu Öndərə, Azərbaycana həsr olunmuş şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub, məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii kompozisiya dinlənilib, həmçinin, dahi şəxsiyyət haqqında sənədli film nümayiş olunub.
Naftalan şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Naftalan şəhərində "İntellektual oyunlar klubu"nun fəaliyyəti çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş intellektual yarış keçirilib. Qalib komanda diplom və hədiyyələrlə təltif olunub.
|
|
|
|
![]() |
![]() |
|
|
|
|
|
|
|
|
|