Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

28 aprel 2022 | 16:00

Naftalan şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər təşkilatının və  Naftalan şəhər  Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, alim, Azərbaycanın  Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə  tədbirlər  keçirilib.
   Şəhər İcra Hakimiyyətinin inzibati binasında  baş tutan tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri, fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri şəhər ictimaiyətinin nümayəndələri, ziyalılar iştirak edib.
   Tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
   ŞİH-nin başçısı çıxış edərək, Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə xanım  Əliyeva Ümummi Lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub. Dünya oftalmologiya elminə töhfələrini verən, Zərifə xanım tibb elminin tarixində yeni səhifələr açıb .
  Çıxış edən natiqlər Zərifə xanımın eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı olduğunu qeyd ediblər.
      Tədbir daha sonra  Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in  kollektivi ilə davam etdirilib.
  Çıxış edən Xəstəxananın direktor v.m.i.e İlhamə Hüseynova  akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən, zəngin elmi irsindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan, qazandığı nailiyyətlərdən, yazdığı fundamental əsərlər, elmi monoqrafiyalar nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində öz aktuallığını itirmədiyini bildirmişdir.
   Çıxış edən digər natiqlər vurğulamışlar ki, Zərifə xanım Əliyeva aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıblar.

 

Keçidlər