Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bayram münasibətilə şəhid ailələri ziyarət olunub

29 dekabr 2021 | 16:00

Yeni il bayramı ərəfəsində Naftalan ŞİH-nin başçısı və şəhər polis şöbəsinin rəisi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhid Elyəddin Cəfərovun ailəsini ziyarət ediblər. 
   Ziyarət zamanı ailənin gündəlik qayğı və problemləri ilə maraqlanan icra başçısı onların həlli istiqamətində tapşırıqlar verib, həmçinin vurğulayıb ki, şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
    Şəhidin bacısına uşaqlar üçün yazılmış hekayələr toplusu “44 gün Qarabağda” kitabı hədiyyə edilib, Yeni il hədiyyəsi verilib, həmçinin ailəyə bayram sovqatı çatdırılıb.

 

Keçidlər