Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda bayram ərəfəsində Şəhid ailələri ziyarəti olunur

27 dekabr 2021 | 16:00

Naftalanda Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.
   ŞİH-nin başçısı Vüqar Novruzov və şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov Yeni il bayramı ərəfəsində Şəhid Aslanov Bəxtiyar İlqar oğlunun ailəsini ziyarət edib.
   İcra başçısı Şəhid ailəsinin problem və qayğıları ilə maraqlanıb, səsləndirilən müraciətlərin qısa müddət ərzində həll ediməsi üçün müvafiq addımlar atılacağını bildirib.
   Şəhidin anasına 44 günlük Vətən müharibəsi mövzusunda “44 gün anbaan” kitabını hədiyyə edilib, həmçinin ailəyə bayram sovqatı çatdırılıb.

 

Keçidlər