Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib

02 dekabr 2021 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il ölkəmizdə  dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.
   Bu münasibətlə Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və idarə, təşkilat rəhbərləri iştirak edib.
   Gəncə Dövlət Dram Teatrının aktyoru, xalq artisti Alim Məmmədov dahi mütəffəkir Nizami Gəncəvi obrazında qonaqları qarşılayıb.
    Həmçinin, tədbir iştirakçıları İncəsənət və Rəssamlıq məktəbinin  şagirdlərinin “Xəmsə” və “Zəfər günü” mövsusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
   Mərkəzin akt zalında Gəncə Dövlət Kukla Teatrının aktyorlarının Nizami Gəncəvinin “ Yeddi Gözəl” poemasının mötivləri əsasında hazırladıqları “ Xeyir və Şər” tamaşası nümayış olunub.
   Sonda ŞİH tərəfindən Şəhid  və qazi uşaqlarına o cümlədən məktəblilərə Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında yazılmış “El dastanı” kitabı  hədiyyə olunub.

 

Keçidlər