Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm şəhəri Naftalanda abadlıq-quruculuq işləri davam edir

22 oktyabr 2021 | 16:00

Respublikamızda qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən olan turizm bir çox bölgələrin, xüsusilə Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edir. Kurort şəhərinin simasının daha da gözəlləşdirilməsi və abadlaşdırılması məqsədi ilə şəhər ərazisində abadlıq quruculuq işləri davam etdirilir.
ŞİH başçısı Vüqar Novruzov şəhər ərazisində aparılan təmir işlərinə yerində baxış keçirib,  aidiyyatı üzrə icraçılara tapşırıqlarını verib.
Belə ki, çoxmənzilli yaşayış binalarının blokları rənglənir, döşəmə daşlar vurulur, giriş qapıları təmir edilir. Həmçinin, şəhərin mərkəzi küçələrində səkilərə yeni tamet daşlar düzülür. Bütün bunlar şəhər sakinlərinin, şəhərə gələn yerli və xarici turistlərin rahatlığının və məmnunluğunun təmin olunması istiqamətində görülən işlərdir.

 

Keçidlər