Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərid Adıgözəlovun ildönümü qeyd olundu

18 oktyabr 2021 | 16:00

Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun  ildönümü ilə əlaqədar olaraq Naftalan şəhərində anım tədbiri keçirilib.
   Tədbirdə ŞİH başçısı Vüqar Novruzov, Millət Vəkili Anar Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Şəhidin məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Şəhidin medalı ildönümü ərəfəsində atası İlqar Adıgözəlova təqdim olunub.
  Qeyd edək ki, Fərid Adıgözəlov 1992-cı il sentyabr ayının 8-də Naftalan şəhərində anadan olub. Ailəli idi, bizlərə bir qız övladı əmanət qalıb.

 

Keçidlər