Şriftin ölçüsü :

Saytın rəngi :

Qazimiz yüksək texnologiyalı protezlə təmin olunub

08 oktyabr 2021 | 16:00

Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin son nəsil müasir protezlərlə təminatı işləri davam etdirilir. Vətən Müharibəsində sağ ayağını itirmiş qazimiz Qiyas Tağıyev Bakı şəhərində müalicə alıb və yüksək texnologiyalı protezlə təmin olunmuşdur.
   ŞİH başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov qazi Qiyas Tağıyevi evində ziyarət edib, onun səhhəti ilə yaxından maraqlanıblar. Həmçinin
icra başçısı tərəfindən qazinin övladlarına hədiyyələr təqdim olunub, eləcə də ailəyə maddi köməklik göstərilmişdir.
   Qiyas Tağıyev qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirmişdir.

 

Keçidlər