Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ağsaqqallar Şurasına və İctimai Birliklərə xidməti otaqlar verildi

07 oktyabr 2021 | 16:00

Azərbaycanda ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olublar. Onların yaşadıqları illərin arxasında böyük həyat təcrübəsi, görülmüş işlər, böyüməkdə olan nəslə ibrətamiz sözləri, tövsiyələri dayanır. Yaşlı nəslə böyük dəyər verən dövlətimizdə fəaliyyət göstərən Ağsaqqallar Şurasının əsas vəzifələrindən biri də məhz bu dialoqu təşkil etməkdir.
   Şəhər Ağsaqallar Şurası üçün yeni xidməti iş otağının verilməsi heçdə təsadüfü deyildir. ŞİH başçısı Vüqar Novruzov xidməti iş otağını təqdim edərkən vurğulayıb ki, bundan sonra da şəhərimizin ağsaqqalları şəhərimizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcəklər.
   O cümlədən “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Naftalan şəhər filialı, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Naftalan şəhər filialı və “Azərbaycan Respublikası Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin Naftalan şəhər şöbəsinin xidməti otaqları təqdim olunub.
   Bildiririk ki, şəhərdə fəaliyyət göstərən Ağsaqqallar Şurasının və İctimai Birliklərin bugünədək xidməti otaqlarının olmaması onların iş fəaliyyətlərində müəyyən çətinliklər yaradırdı. Şəhər Ağsaqqallar Şurasının və İctimai Birliklərin rəhbərləri onlara yaradılan şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər