Şriftin ölçüsü :

Saytın rəngi :

Azad olunmuş ərazilərə aparan daha bir yolun təməli qoyuldu

04 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
   Daha sonra ölkə başçısı tərəfindən Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməli qoyulub.
   Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə Naftalana gələn yerli və xarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, əzəli Azərbaycan torpağı Qarabağa səfər edə biləcəklər.  Bu da turizmin inkişafına təkan verəcəkdir.

 

Keçidlər