Şriftin ölçüsü :

Saytın rəngi :

“Caspian Energy Club” Naftalanda

09 sentyabr 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətində “Caspian Energy Club”un rəhbəri Telman Əliyev və nümayəndə heyəti ilə görüş keçirilib.
   Görüşdə şəhər rəhbəri qonaqları salamlayıb, onları Naftalanda görməkdən məmnun olduğunu bildirib. İş adamları ilə birgə şəhərdə biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. İnvestorlar tərəfindən şəhərdə turizm və digər sahələrə marağın olduğu qeyd olunub.
   Telman Əliyev bildirib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Naftalanda da yerli və xarici investorlar üçün əlverişli biznes mühiti mövcuddur. Həmçinin  şəhərdə yerli və xarici investorların iştirakı ilə tədbirlərin keçirilməsi haqqında müzakirələr aparılıb.

 

Keçidlər