Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinin evi təmir olunur

07 sentyabr 2021 | 16:00

Şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirilir.
   O cümlədən Naftalan şəhərində də Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır, ŞİH başçısı və məsul əməkdaşlar müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar tədbirlər həyata keçirirlər.
   Vətən müharibəsi qazisi İlkin Tağıyevin müraciəti əsasında icra başçısı qazi ilə növbəti dəfə görüşüb. Səmimi söhbət zamanı qazini narahat edən problemlər müzakirə olunub və yaxından köməklik göstərilib.
   Yaralandığı vaxtdan qazimizin müayinə və müalicəsi, sağlamlığına qovuşması üçün ayrı-ayrı vaxtlarda lazımi köməklik, o cümlədən dərman və tibbi vəsitələrin alınması üçün maddi yardımlar olunmuşdur. Qazinin istəyi ilə  Bakı şəhərinə getməsi üçün dəfələrlə maşın ilə təmin olunmuş, orada kirayədə qalmasına və digər xərclərin qarşılanması üçün maddi yardım göstərilmişdir.
   Həmçinin mütəmadi olaraq qazinin ailəsinə ŞİH tərəfindən ərzaq yardımı olunmuş, ailənin istəkləri qarşılanmışdır.
   Məlumat üçün bildiririk ki, şəhid Fərid Adıgözəlovun da ailəsinin müraciəti əsasında şəhidin ailə üzvlərinin yaşadığı mənzildə təmir işləri aparılır.

 

Keçidlər