Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində qanvermə aksiyası keçirilib

29 iyul 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.
       Naftalanlılar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün artıq ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq, bu il də fəal olublar.
     Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) tibb briqadasının hemotoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.
     Karantin qaydalarına uyğun təşkil olunan aksiyada Naftalan Şəhər  İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər.

 

Keçidlər