Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində şəhid ailələri mütəmadi olaraq ziyarət olunur

06 iyul 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Şəhid Elyəddin Cəfərovun ailəsini ziyarət edib onların ailə-məişət qayğıları ilə maraqlanılmışdır.
   Görüş zamanı şəhidimizin əziz xatirəsi yad edilmiş, barəsində xoş təəsüratlar danışılmış, torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin hünər və qəhrəmanlıqlarının  hər birimizə örnək olması vurğulanmışdır. Həmçinin dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Belə görüşlərin keçirilməsində məqsəd şəhid ailələrinin problemlərinin öyrənilməsi, onların sosial durumları ilə maraqlanmaq və sosial müdafiəsini gücləndirməkdir.
   Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər