Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Polis Günü qeyd olunub

02 iyul 2021 | 16:00

02 iyul 2021-ci il tarixdə Naftalan şəhərində polis işçilərinin peşə bayramı münasiibəti ilə tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov və əməkdaşları iştirak edib.
   Tədbir iştirakçıları Ümummilli lider, Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   İcra başçısı peşə bayramı münasibəti ilə polis işçilərini təbrik edərək bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Eyni zamanda, Naftalanda ictimai-siyasi sabitliyin, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində ŞPŞ-nin şəxsi heyətinin rolu bir daha diqqətə çatdırılıb.
   Həmçinin vurğulanıb ki, Möhtərəm Prezident cənab İlham Əliyev polis işçilərinə diqqət və qayğıyla yanaşır, bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, ölkədə fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

 

Keçidlər