Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda onlayn vətəndaş qəbulu keçirilib

01 iyul 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti onlayn qəbulunu keçirib. Qəbulda ayrı-ayrılıqda 20-dən çox vətəndaşın müraciəti  dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb və tapşırıqlar verilib.
     Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər