Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailəsi ilə görüşüb

11 iyun 2021 | 08:24

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən Müharibəsi  şəhidi Fərid Adıgözəlovun ailəsini qəbul edib.
   Qəbul zamanı Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Vüqar Novruzov həmin qələbədə payı olan Fərid Adıgözəlov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib, əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
   İcra başçısı şəhidlik zirvəsinə ucalan Fəridin təkcə naftalanlıların, doğma el-obasının qəhrəmanı deyil, bütöv Azərbaycanın qəhrəmanı olduğunu, onunla hər bir naftalanlının , hər bir azərbaycanlının qürur duyduğunu söyləyib. 
   Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər