Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı körpə fidanların bayram şənliyində iştirak etdi

01 iyun 2021 | 16:00

01 iyun 2021-ci il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  tədbir keçirilib.
      İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirdə iştirak edib, gələcəyimiz  olan uşaqlara cansağlığı, xoşbəxt  həyat, sevinc dolu günlər, möhtərəm Prezidentimizə və vətənə layiqli övlad olmalarını arzulayıb.
      Körpələr evi-Uşaq bağçasında balaca fidanlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.
     Həmçinin şəhid, qazi övladlarına və sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub.
    Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.

 

Keçidlər