Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

07 may 2021 | 16:00

Millət vəkili Anar Məmmədov  və Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun məzarını  ziyarət edərək şəhidin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarı  önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
    Eyni zamanda Şəhidin ailə üzvülərinə bildirilmişdir ki, Ali Baş Komandanımız möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
    Şəhid ailəsi göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər