Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda COVİD-19 əleyhinə reydlər keçirilir

30 aprel 2021 | 07:00

Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı yanında yaradılmış mobil qrupları tərəfindən koronavirus (COVİD-19) infeksiyası əleyhinə növbəti reydlər keçirilmişdir. Reydlər zamanı şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla maarifləndirici söhbətlər aparılmış, təbliğat-izahat işləri gücləndirilmişdir. Eyni zamanı vətəndaşlara müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl edilməsi, tibbi-mühafizə vasitələrindən, tibbi maskalardan, əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin vacibliyi bildirilmiş, dövlətimiz tərəfindən əhalinin sağlamlığı üçün görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir.
   Xatırladaq ki, şəhər ərazisində və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.

 

Keçidlər