Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Ağsaqqallar Şurasının yeni tərkibi seçilib

21 aprel 2021 | 16:00

Aprelin 21-də Naftalanda şəhər Ağsaqqallar Şurasının konfransı olmuşdur. İlk öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə gül dəstələri qoyulmuşdur. Mövcud karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirdə ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir. Məruzə və çıxışlarda möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlər vurğulanmış, respublikamızın daha sürətli inkişafında şəhər ağsaqqallarının da üzərinə müəyyən vəzifələr, həyata keçirilən quruculuq tədbirlərində şəhər ağsaqqallarının hər birinin səyinin vacibliyi vurğulanmışdır.
    Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
     Konfransda təşkilati məsələlərə baxılıb, ağsaqqallar şurasının yeni tərkibi seçilmiş, Şura üzvləri və İdarə Heyəti formalaşdırılmışdır. Möhübbət Bədəlov şəhər Ağsaqqallar Şurasının yeni sədri seçilmişdir.

 

Keçidlər