Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda vaksinasiya prosesi uğurla davam etdirilir

01 aprel 2021 | 16:00

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Naftalan şəhərində də vaksinasiya prosesi uğurla davam etdirilir.
Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tibb müəssisəsində olaraq vaksinasiya prosesinin gedişi ilə maraqlanıb. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin onların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verib.
Həmçinin yaşı 40-dan yuxarı şəhər İcra Hakimiyyətinin əməkdaşları "COVİD-19" pandemiyası əleyhinə tamlıqla peyvənd olunublar. Xatırladaq ki, cari ilin 24 mart tarixində şəhər İcra Hakimiyyətinin başçısı da "COVİD-19" əleyhinə peyvənd olunub.
#Biz birlikdə güclüyük!

 

Keçidlər