Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin növbəti konfransı keçirildi

10 aprel 2014 | 15:00

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı  Gənclər Birliyinin X konfransı keçirildi. Konfrans iştiakçıları ilk olaraq YAP-ın qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi,  önünə tər çiçəklər düzdülər.
     Konfransı giriş sözü ilə YAP Naftalan şəfər Təşkilatının sədri Hatəm Qocayev açaraq qeyd etmişdir ki,Yeni Azərbaycan Partiyası xalqın böyük etimadını qazanaraq, böyük siyasi qüvvəyə malikdir. Bu gün partiyaya üzv olanların sayı artmaqdadır ki, bunun da böyük hissəsini gənclər təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə, təhsilə qayğısı ölkə gəncləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Gənclərimiz xoşbətdir ki, onlar hər zaman ölkə rəhbərliyinin diqqətini hiss edirlər. Təbii ki, ölkə gənclərinə diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
     Daha sonra YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyinin fəaliyyəti və görüləcək işlərlə bağlı məlumat verilmişdir.YAP Naftalan şəhər Təşkilatının Gənclər Birliyinin idarə heyyətinin tərkibi səsə qoyularaq yenidən müəyyənləşib və tərkibdən Novruzova Aynurə İsrəfil qızı YAP Naftalan şəhər Təşkilatı Gənclər Birliyinə sədr və Qocayev Samir Hatəm oğlu isə sədr müavini seçilib.
      Konfransın sonunda Naftalan şəhər Ağsaqqallar Şurasının sədri Qəzənfər Teymurov çıxış edərək gənclərə öz tövsiyyələrini vermişdir.

Keçidlər